Ronaldodan hər kəsi təəccübləndirən açıqlama - "Real"dan ayrılır?

13:16 27 May 2018

"Real"ın futbolçusu Kriştiano Ronaldo Madrid klubundan ayrıla bilər.

 

Sportarena.az xəbər verir ki, o, Çempionlar Liqasının finalında "Liverpul"la oyundan (3:1) sonra verdiyi açıqlamada buna işarə vurub. Portuqaliyalı hücumçu deyib:

 

“Real”da oynamaq  gözəl idi. Həmişə mənə dəstək olan azarkeşlərə qarşıdakı günlərdə gələcəyimlə bağlı lazımi açıqlamaları verəcəm. İndi isə yazdığımız tarixdən həzz almaq lazımdı".

 

Qeyd edək ki, K.Ronaldo 2009-cü ildən "Real"ın şərəfini qoruyur".


Digər xəbərlər

Xəbər xətti