Futbolçumuzun komandası mövsümdə ilk dəfə xal itirdi

16:19 27 May 2018

Futbol üzrə Latviya Birinci Liqasında 6-cı turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi “Dauqavpils” də növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Rezeknes FA/BJSS” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.

 

Vüqar da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Vurduğu 7 qolla komandasının bombardiri olan, əvvəlki oyunların hamısında fərlənən Əsgərov bu dəfə rəqib qapısına yol tapa bilməyib.

 

“Dauqavpils” 6 turdan sonra 16 xalla vahid liderdi.


Digər xəbərlər

Xəbər xətti