Florentino Peresdən Ronaldo açıqlaması

22:18 27 May 2018

“Real”ın prezidenti Florentino Peres komandanın hücumçusu Kriştiano Ronaldonun yayda ayrılacağı barədə iddialara cavab verib.

 

Sportarena.az xəbər verir ki, klub prezidenti yerli mətbuata açıqlamasında Ronaldonun klubla müqaviləsi olduğunu, qalacağını deyib:

 

“Kriştiano Ronaldo kimi mənim də 5 Çempionlar Liqası kubokum olduğuna görə şadam. Ronaldo bizimlə qalacaq, müqaviləsi var. İstəyirsiz, özündən soruşun, qalacağını deyəcək”.

 

Ronaldonun ÇL-in “Liverpul”la final oyunundan (3:1) sonrakı “Real”da oynamaq gözəl idi. Azarkeşlərə təşəkkür edirəm. Həmişə yanımda oldular. Qarşıdakı günlərdə transfer suallarınıza cavab verəcəm” açıqlaması onun “kral klubu”ndan ayrılacağı şübhələrini yaratmışdı.

 

Qeyd edək ki, Ronaldonun “Real”la müqavilə müddəti 2021-ci ildə başa çatacaq.


Digər xəbərlər

Xəbər xətti