"Keşlə" Azərbaycan kubokunun qalibi oldu - YENİLƏNİB

21:53 28 May 2018

Bu gün Azərbaycan kubokunun qalibi müəyyənləşəcək.

Sportarena.az xəbər verir ki, Qəbələdə keçiriləcək həlledici qarşılaşmada şəhərin eyniadlı komandası ilə “Keşlə” üz-üzə gələcək. Hər iki komanda bu vaxtadək Azərbaycan kubokunun qalibi ola bilməyib.

 

"Qırmzı-qaralar" 2 dəfə finalda meydana çıxıb. Amma əyalət təmsilçisi həlledici qarşılaşmada əvvəlcə “Neftçi”yə, ötən il isə “Qarabağ”a uduzub. 

“Keşlə” isə əvvəlki adı ilə - “İnter” kimi 4 dəfə final həyəcanı yaşayıb. Paytaxt klubu bütün hallarda meydanı məğlub tərk edib və kuboka həsrət qalıb. Komanda “Bakı”ya, “Qarabağ”a və 2 dəfə “Xəzər Lənkəran”a yenilib.

Final qarşılaşmasından sonra növbəti mövsüm ölkəmizi avrokuboklarda təmsil edəcək komandaların siyahısı tam dəqiqləşəcək. Belə ki, “Keşlə” kuboku qazanmaqla yanaşı, həm də Avroliqaya vəsiqə qazanacaq.  Avroliqaya vəsiqəni Premyer Liqada 2-ci olmaqla təmin edən Roman Qriqorçukun komandası kuboku qazansa, bu halda çempionatda dördüncü yerin sahibi kimi Avroliqaya üçüncü vəsiqə “Zirə”yə qismət olacaq. 

Azərbaycan Kuboku, final
28 may

20:00 Keşlə - Qəbələ 1:0

Qol: Pərdis Fərcad-Azad, 72.

Qırmızı vərəqə: ilqar Qurbanov, 89
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Knyaz Əmiraslanov, Əliyar Ağayev
AFFA Nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Vüsal Əliyev
Qəbələ şəhər stadionu

 

Keşlə: 1. Kamran Ağayev, 2. Sərtan Taşkın, 3. Denis Silva Kruz, 4.Slavik Alxasov,  7. Vaqif Cavadov, 10. Sezar Meza Kolli, 14.Andre Klennon, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev, 40. Nemanya Stoyanoviç, 90. Edrima Sohna,

 

Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı 9. Pərdis Fərcad-Azad 21. Herve Tçami 22. Məqsəd İsayev 39. Əlibəy Məmmədli. 66. Murad Qayalı 58. Sinan Akkoyun 80. Məhərrəmli Rafael. 88. Məmməd Quliyev 16. Şahin Zəkiyev.

 

Baş məşqçi: Yuri Maksimov

 

Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 5. Rasim Ramaldanov, 8. Qismət Alıyev, 9. Baqali Dabo, 14. Cavid Hüseynov, 15. Vitali Vernidub, 18. İlqar Qurbanov, 28. Stiven Jozef-Monroz, 33. Təmkin Xəlilzadə, 45. Famussa Kone 

 

Ehtiyat oyunçular: 23. Aqil Məmmədov 35. Murat Popov 4. Elvin Camalov 6. Elvin Məmmədov 11. Asif Məmmədov 19.Filip Ozobiç 29. Hacıağa Hacılı 32. Amin Seydiyev 74. Yusif Nəbiyev 

 

Baş məşqçi: Roman Qriqorçuk


Xəbər xətti