Millimiz Qırğızıstana darmadağınla qalib gəldi - YENİLƏNİB

21:54 29 May 2018

Milli komandamız bu gün yoldaşlıq görüşü keçirəcək.

 

Sportarena.az xəbər verir ki, Qurban Qurbanovun başçılıq etdiyi yığmamız Qırğızıstanı qəbul edəcək. Oyun Bakı Olimpiya Stadionunda keçiriləcək.

 

İndiyədək 3 dəfə qırğızlarla üz-üzə gələn yığmamız iki dəfə qalib gəlib, bir dəfə isə heç-heçə edib.

 

Qeyd edək ki, millimiz Qurban Qurbanovun rəhbərliyi altında 3 yoxlama oyunu keçirib. Moldova və Makedoniya ilə heç-heçə edən komandamız Belarusa məğlub olub.

 

Yoldaşlıq görüşü

29 may

20:00 Azərbaycan - Qırğızıstan :0

Qol: Maksim Medvedev, 17. Mahir Mədətov, 75. Ürfan Abbasov, 84. Hakimlər: Ali Palabıyık, Serkan Olguncan, İbrahim Çağlar Uyarcan, Alper Ulusoy (hamısı  Türkiyə)


Digər xəbərlər

Xəbər xətti