Ramosa qarşı 1 milyardlıq məhkəmə işi açıldı - Salahı zədələdiyinə görə

Sportarena.az      29 May 2018, 19:01
Çempionlar Liqasının finalında Muhammed Salahı zədələyən Serxio Ramosla bağlı məhkəməyə müraciət edilib. 
 
 
Sportarena.az xəbər verir ki, misirli bir vəkilin açdığı bu məhkəmə prosesi 1 milyard avroya bərabərdi. Zədələnəndən sonra DÇ-2018-ə yetişib-yetişməyəcəyi müzakirə olunduğu bir vaxtda Misirdə Bassem Vahba adlı bir vəkil FİFA-ya müraciət edib. 
 
Ramosun ölkənin ən ünlü futbolçusu ilə birlikdə həm də bir xalqa fiziki və psixoloji zərər verdiyini qeyd edən Vahba "Ramos bilərəkdən Salahı zədələyib və bu hərəkətinə görə cəzalanmalıdı. Ona görə də 1 milyard avroluq məhkəmə prosesinə başlamışam" sözlərini söyləyib. 
 
Vahba məhkəməni udacağı təqdirdə bu pulu Misirə bağışlayacağını vurğulayıb. 
 
"Change.org"da da Ramosun UEFA və FİFA tərəfindən cəzalandırılması üçün başladılan imza kampaniyasına 300 min nəfərdən çox insan qoşulmuşdu.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin