"Real" Avropada, "Qarabağ" Azərbaycanda ən güclüdü

18:13 29 May 2018

2017/18 mövsümünün nəticələrinə əsasən klubların yeni reytinq cədvəli açıqlanıb.

 

Sportarena.az xəbər verir siyahıya ardıcıl 3-cü dəfə Çempionlar Liqasının qalibi olan "Real" başçılıq edir. Avropa Liqasını qalib başa vuran "Atletiko" ikincidi.

 

Azərbaycan klublarından ən yüksək reytinq xalı "Qarabağ"a məxsusdu - 20.5. Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparan təmsilçimiz 73-cü pillədədi.

 

Ölkəmizi Avropa Liqasında təmsil edəcək "Qəbələ" 191, "Keşlə" 246, "Neftçi" 251-cidi. Avrokuboklardan kənar qalan "Zirə" isə 247-ci yerdədi.


Xəbər xətti