Ramil Şeydayevin yeni baş məşqçisinin adı açıqlandı

10:17 30 May 2018

Türkiyənin “Trabzonspor” klubunun yeni baş məşqçisinin kimliyi müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, Rza Çalımbayla yollarını ayıran Super Liqa təmsilçisi Ünal Karamanla anlaşıb. Bu barədə Trabzon klubunun mətbuat xidməti məlumat yayıb. Karaman son olaraq Super Liqa ilə vidalaşan “Karabükspor”da baş məşqçi olub. 

 

Qeyd edək ki, son mövsümü icarə əsasında “Qarabağ”da keçirən Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayev də müqavilə ilə “Trabzonspor” məxsusdu. Böyük ehtimalla millimizin üzvü ilə bağlı yekun qərarı məhz Ünal Karaman verəcək.


Digər xəbərlər

Xəbər xətti