İspaniya futbolu şokda - La Liqaya gələn klub oyun alveri edib?

11:34 30 May 2018

2017/2018 mövsümünün nəticələrinə görə, tarixində ilk dəfə La Liqaya vəsiqə qazaanan “Ueska” oyun alverində şübhəli bilinir.

 

Sportarena.az xəbər verir ki, söhbət Sequndanın 41-ci turunda “Ximnastik”lə keçirilən qarşılaşmadan gedir. Həmin oyuna qədər “Ueska” artıq elitaya vəsiqəni təmin etmişdi. “Ximnastik” isə Sequndada yerini qorumaq üçün mübarizə aparırdı. Qarşılaşma “Ueska”nın 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

 

Oyun zamanı bukmeker kontorları ilk hissənin heç-heçə, oyunun isə “Ximnastik”in minimal hesablı qələbəsi ilə yekunlaşacağına külli miqdarda vəsait qoyulduğunu müşahidə ediblər. Məlumata görə, əsas yatırımlar Asiya və Ukraynadan edilib.

 

La Liqa rəhbərliyi məsələ ilə bağlı araşdırmalara başlayıb. Tərəflər isə bütün ittihamları rədd edirlər.


Xəbər xətti