AFFA "Qəbələ"nin cəriməsini. İlqar Qurbanovun cəzasını açıqladı

Sportarena.az      30 May 2018, 12:49

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, bu gün keçirilən iclasda Azərbaycan kubokunun final matçı olan “Keşlə” - “Qəbələ” oyunu (1:0) ilə bağlıaşağıdakı qərarlar qəbul olunub:

 

“Keşlə”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

 

Oyunun 88-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu İlqar Qurbanov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur.

 

Oyunun 55-ci dəqiqəsində “Qəbələ”nin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunur.

 

Oyunun 90+3-cü dəqiqəsində “Qəbələ”nin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunur.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin