"Liverpul" "Barselona"nın futbolçusunu hədəfə aldı

16:28 30 May 2018

“Liverpul” “Barselona”nın oyunçusu Osman Dembelenin xidmətində maraqlıdı.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı İngiltərə mətbuatı yayıb. Xəbərdə “qırmızılar”ın ötən yay Dortmund “Borussiya”sından 150 milyon avroya transfer olunan, lakin zədə səbəbindən ümidləri doğrultmayan Dembelenin xidmətində maraqlı olduğu qeyd edilib. “Liverpul” son mövsümdə çox az şans qazanan futbolçunun keçidini həll etmək niyyətindədi.

 

21 yaşlı futbolçu son mövsümdə “Barsa”nın heyətində şans qazandığı 17 oyunda 3 qol vurub, 6 məhsuldar ötürmə edib.


Digər xəbərlər

Xəbər xətti