UEFA Avropa Liqası ilə bağlı dəyişikliklər etdi

16:45 30 May 2018

UEFA Avropa Liqasının simvollarında bəzi dəyişikliklər edib.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı qurumun saytı yayıb. Turnirin loqosunun əsas elementləri və rəngləri olduğu kimi saxlanılıb. Ancaq qitənin ikinci dərəcəli klub turniri üçün yeni himn yazılıb və top tərtib edilib. Yeniliklərlə bağlı təqdimat 2018/19 mövsümünün qrup mərhələsinin püşkatma mərasimindən öncə olacaq.

 

Xatırladaq ki, əvvəllər UEFA kuboku adlanan turnir 1971-ci ildən keçirilir. 2009-cu ildə yarışın adı dəyişdirilərək Avropa Liqası adlandırılıb.


Xəbər xətti