Zidan istefa verdi

15:29 31 May 2018

“Real”ın baş məşqçisi Zinəddin Zidan gözlənilməz şəkildə bu gün vəzifəsindən istefa verib.

 

Sportarena.az xəbər verir ki, o, bununla bağlı qərarını bu gün keçirdiyi mətbuat konfransında açıqlayıb. Fransalı mütəxəssis vəzifəsindən könüllü şəkildə ayrıldığını söyləyib.

 

Qeyd edək ki, Zidan “Real”a 2016-cı ilin yanvarında baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında komanda üç dəfə Çempionlar Liqası, iki dəfə klublararası dünya çempionatı, bir dəfə İspaniya çempionu, bir dəfə İspaniya superkubokunun qalibi olub.


Digər xəbərlər

Xəbər xətti