Zidan niyə istefa verib? - Səbəbini açıqladı

16:17 31 May 2018

Zinəddin Zidan baş məşqçisi olduğu "Real"dan bu gün gözlənilməz istefasının səbəbi barədə danışıb.

 

Sportarena.az xəbər verir ki, bu gün keçirdiyi mətbuat konfransında o deyib:

 

"Real”da etdiklərimiz möhtəşəmdir. Bu hekayənin bir parçası olduğum üçün xoşbəxtəm. "Real"ın baş məşqçisi olmamamağa qərar verdim. Bu qərar qəribə görünə bilər. Amma komandaya dəyişiklik lazımdır. Uğurların davamı üçün yeni nəfəsə, yeni məşqçi qərarlarına ehtiyac var. Buna görə mən bu qərarı qəbul etdim".

 

Zidan bildirib ki, hal-hazırda başqa klub çalışdırmağı düşünmür. O, istefa qərarı barədə öncədən yalnız bir nəfərlə danışdığını deyib:

 

"Gedişim haqda yalnız kapitan  Serxio Ramosa məlumat vermişdim. O, qərarıma hörmətlə yanaşdığını söylədi".

 

Xatırladaq ki, Zidan “Real”a 2016-cı ilin yanvarında baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında komanda üç dəfə Çempionlar Liqası, iki dəfə klublararası dünya çempionatı, bir dəfə İspaniya çempionu, bir dəfə İspaniya superkubokunun qalibi olub.


Xəbər xətti