Peruda bayramdı - CAS FİFA-nın qərarını ləğv etdi

17:13 31 May 2018

Dopindqən istifadə etdiyi üçün 14 ay futboldan kənarlaşdırılan Peru yığmasının futbolçusu Xosep Paolo Gerreronun cəzası yüngülləşdirilib.

 

Sportarena.az xəbər verir ki, qanında qadağan edilmiş preparat tapılan futbolçu İsveçrənin Federal Məhkəməsinə müraciət edib. Məhkəmə CAS-ın qərarını ləğv edib və 34 yaşlı futbolçunu haqlı çıxarıb. Peru millisinin hücumçusunun cəzasını dondurulub.

 

34 yaşlı oyunçu DÇ-2018-də Peru yığmasının heyətində ola biləcək. Peru yığması mundialda Avstraliya, Danimarka və Fransa ilə eyni qrupda qərarlaşıb.

 

Qeyd edək ki, Gerrero “Bavariya”, “Hamburq”, “Korintians” və son olaraq “Flamenqo”da çıxış edib.


Digər xəbərlər

Xəbər xətti