Azərbaycanlı bombardir Türkiyə klubunda

Sportarena.az      31 May 2018, 23:30

Azərbaycanlı futbolçu Röyal Nəcəfov Türkiyədə klubunu dəyişib.

 

Sportarena.az xəbər verir ki, təcrübəli forvard BAL Liqasında çıxış edəcək. Son olaraq bu çempionatda "Ağrısıpor"da etmiş və çempionluq yaşamış futbolçu "Sandıklıspor" klubuna keçib. 27 yaşlı forvard Afyon təmsilçisi ilə 1 illik müqavilə bağlayıb.

 

Qeyd edək ki, Nəcəfov ötən mövsüm "Ağrıspor"da 16 qol vuraraq, bombardir olmuşdu. Röyal 2015/2016-cı il mövsümündə MOİK-də çıxış edərkən 24 qolla Azərbaycan I Divizionunun ən sərrast futbolçusu olmuşdu. O, ölkəmizdə son olaraq AZAL-da çıxış edib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin