Ronaldo Zidanla vidalaşdı

10:50 1 İyun 2018

"Real"ın futbolçusu Kriştiano Ronaldo Zinəddin Zidanın istefa verməsinə münasibət bildirib.

 

Sportarena.az xəbər verir ki, bununla bağlı o, özünün "İnstaqram" hesabından yazıb:

 

"Sənin oyunçun olduğum üçün qürur duyuram. Cənab, çox təşəkkür edirəm".

 

Zidan “Real”a 2016-cı ilin yanvarında baş məşqçi təyin olunmuşdu. Onun rəhbərliyi altında komanda üç dəfə Çempionlar Liqası, iki dəfə klublararası dünya çempionatı, bir dəfə İspaniya çempionu, bir dəfə İspaniya superkubokunun qalibi olub. Zidan bu gün istefa verdiyini açıqlayıb.


Digər xəbərlər

Xəbər xətti