Qriqorçuk Qazaxıstanda çalışacaq

11:09 1 İyun 2018

Mövsümün sonunda “Qəbələ”dən ayrılan Roman Qriqorçuk bu gün yeni klubu ilə müqavilə bağlayacaq.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı Qazaxıstan mətbuatı yayıb. Xəbərdə ukraynalı mütəxəssisin bu ölkənin “Astana” klubuyla müqavilə bağlayacağı qeyd edilib. Qriqorçukun hazırda Qazaxıstanda olduğu da vurğulanıb.

 

Xatırladaq ki, ukraynalı mütəxəssisin adı uzun müddətdi “Astana” ilə yanaşı hallanırdı.


Digər xəbərlər

Xəbər xətti