Qriqorçuk rəsmən "Astana"da

13:12 1 İyun 2018

"Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçukun yeni iş yeri müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, 53 yaşlı ukraynalı mütəxəssisin Qazaxıstanın "Astana" klubunun yeni baş məşqçisi olması rəsmiləşib. Paytaxt təmsilçisi bu gündən Qriqorçukun yeni çalışdırıcısı olmasını rəsmən açıqlayıb. Ancaq onunla müqavilənin detalları açıqlanmyıb. 

 

Xatırladaq ki, "Qəbələ"ylə müqaviləsi cari mövsümün sonunadək bitən və qarşılıqlı razılıqla uzadılmayan Qriqorçukun "Astana" variantı hələ qış fasiləsində vardı. 


Digər xəbərlər

Xəbər xətti