"Səbail"də növbəti ayrılıq

15:49 1 İyun 2018

"Səbail" bir futbolçusu ilə yollarını ayırıb.

 

Sportarena.az xəbər verir ki, Pərviz Qaraxanovun klub ilə muqaviləsinin vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə edilib. Bu barədə məlumatı "Səbail"in "facebook" hesabı yayıb. Futbolçuya azad agent statusu verilib.

 

22 yaşlı yarımmüdafiəçi son mövsümdə "Səbail"də 14 oyun keçirib. 

 

Qeyd edək ki, "Səbail" daha əvvəl baş məşqçi Samir Əliyev başda olmaqla futbolçular - Yevgeni Koçuk, Faruk Miya, Elman Taqayev, Ayrton Stati, Nikoloz Apakidze, Murad Ağayev, Vahit Orazsahedov, Nurlan Novruzov, Vüqar Nadirov və Ruslan Əmircanovla yollarını ayırmışdı.


Digər xəbərlər

Xəbər xətti