"Real" Zidanın yerinə onu düşünür

17:06 1 İyun 2018

Zinəddin Zidanın istefasından dərhal sonra "Real"ın yeni baş məşqçisinin kimliyi ilə bağlı iddialar səslənməyə başlayıb.
 
Sportarena.az xəbər verir ki, bu posta əsas namizəd "Tottenhem"in çalışdırıcısı Maurisio Poçettinodu. Bu iddia ilə İspaniyanın "Sport" nəşri çıxış edib.
 
Argentinalı mütəxəssis bir neçə gün əvvəl İngiltərə klubu ilə yenəi müqavilə imzalayıb. Lakin onun müqaviləsində belə bir bənd var ki, "Real" və PSJ-dən təklif gələcəyi halda müəyyən məbləğ ödənməklə klub onun gedişinə icazə verəcək. "Kral Klubu" rəhbərliyinin komandanı çalışdırmağa ən layiqli namizədin Maurisio Poçettino olduğunu düşünür.


Xəbər xətti