Almeyda: "Azərbaycanda çox şey qazanmışam"

14:46 2 İyun 2018

"Qarabağ”da 5 dəfə çempionluq, 3 dəfə kubok sevinci yaşadım. Bu altı ildə çox qələbələr gördüm. İndi isə fərqli çempionatda oynamaq istəyirəm".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Qarabağ"dan ayrılan Riçard Almeyda deyib. Braziliya mətbuatına danışan 29 yaşlı yarımmüdafiəçi  Azərbaycandakı karyerasının uğurlu alındığını bildirib:

 

"Milliləşdirilmiş futbolçu kimi Azərbaycan yığma komandasının üzvüyəm. Yığmada 8 oyun keçirmişəm. Tanrıya minnətdaram. Azərbaycanda çox şey qazanmışam. Çempionlar Liqasının qrup mərhələsində oynamaqla zirvəyə çatdıq".


Almeyda gələcək karyerası haqda da danışıb:

 

"Təkliflərlə atamla agentim məşğuldur. Bir neçə təklif olsa da, imtina etmişəm. 5-6 ölkədən fərqli variantlar var idi. Yekun qərarı iyunun ortalarında verəcəm. Atamla həyat yoldaşım mənə dəstək verirlər".


Digər xəbərlər

Xəbər xətti