Fərhad Vəliyevin yeni iş yeri məlum oldu

18:16 2 İyun 2018

Futbolçu karyerasını bitirən Fərhad Vəliyev “Səbail”də çalışacaq.

 

Sportarena.az xəbər verir ki, millimizin sabiq qapıçısı paytaxt klubu ilə 1 illik müqavilə imzaladığını deyib. 37 yaşlı veteran futbolçu qapıçılarla işləyən məşqçi olacaq.

 

Qeyd edək ki, peşəkar karyerasına 1997-ci ildə Sumqayıtın "Kimyaçı" klubunda başlayan F. Vəliyev müxtəlif illərdə "Neftçi", "İnter" (indiki "Keşlə") və "Qarabağ" kimi klubların şərəfini qoruyub. 2006-2010-cu illərdə dəvət aldığı Azərbaycan millisində isə 32 oyun keçirib.


Digər xəbərlər

Xəbər xətti