Dünya şöhrətli ulduzlar tələbə oldular

23:59 2 İyun 2018

Dortmund "Borussiya"sın yarımmüdafiəçisi Nuri Şahin tələbə həyatına başlayıb.

 

Sportarena.az xəbər verir ki, Harvardda təhsil alan Türkiyə millisinin sabiq üzvü parta arxasında bir sıra məşhurlarla tələbə yoldaşı olacaq. Braziliya millisinin və PSJ-nin müdafiəçisi Dani Alveş, onu həmyerlisi Kaka, Hollandiya millisinin sabiq futbolçuları - Edvin van der Sar və Mario Melxiot da Şahinlə birgə oxuyacaq. Dünya futbolunun ünlü simaları professor Anita Elbersin qrupunda təhsil alacaqlar.


Digər xəbərlər

Xəbər xətti