Almaniya uduzdu, Belçika - Portuqaliya görüşündə heç-heçə

10:14 3 İyun 2018

Bu gün milli komandalar arasında bir neçə yoldaşlıq görüşü keçirilib.

 

Sportarena.az xəbər verir ki, son dünya çempionu Almaniya yığması mundialdan kənarda qalmış Avstriya seçməsi ilə üz-üzə gəlib. Almanlar bu görüşdə məğlubiyyətlə üzləşiblər.

 

Dünya çempionatının iddialı komandalarından İngiltərə millisi isə Nigeriya ilə qarşılaşıb. Britaniyalılar qarşılaşmanı qalib başa vurublar.

 

Son Avropa çempionu Portuqaliya yığması Belçika ilə münasibətlərinə aydınlıq gətirib. Bu oyunda hesab açılmayıb.

 

Yoldaşlıq oyunları

2 iyun

Avstriya - Almaniya 2:1
İngiltərə - Nigeriya 2:1
İsveç - Danimarka 0:0
Monteneqro - Sloveniya 0:2
Belçika - Portuqaliya 0:0
İrlandiya - ABŞ 2:1
Latviya - Estoniya 1:0
İslandiya - Norveç 2:3


Xəbər xətti