Ronaldo "Real"dan 240 milyon avro tələb edir

14:18 3 İyun 2018

“Real”ın futbolçusu Kriştiano Ronaldo Madriddə daha üç il qalmaq üçün ağır şərtlər irəli sürüb.

 

Sportarena.az xəbər verir ki, o, maaşının düz dörd dəfə artırılmasını tələb edib. Portuqaliyalı hücumçu hazırda qüvvədə olan və 2021-ci ildə başa çatacaq müqaviləyə əsasən, illik 21 milyon avro qazanır. Bu barədə “Corriero dello sport” nəşri məlumat yayıb.

 

Ronaldo agenti Jorje Mendeşdən xahiş edib ki, “Real” prezidenti Florentino Pereslə görüşdə ona şətlərini irəli sürsün. Portuqaliyalı hücumçu ilinə 80 milyon avro olmaqla 3 illik yeni müqavilənin bağlanmasını istəyir. Əgər müqavilə imzalansa, bu, “Kral klubuna” 240 milyon avroya başa gələcək.

 

Qeyd edək ki, Çempionlar Liqasının “Liverpul”a qarşı matçından sonra Ronaldo “Real”dan gedə biləcəyinə işarə vurub.


Digər xəbərlər

Xəbər xətti