Futbolçumuzun komandası mövsümdə ilk dəfə uduzdu

16:33 3 İyun 2018

Futbol üzrə Latviya Birinci Liqasında 7-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi “Dauqavpils” də növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Skonto Akademiya” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:5. Vüqar da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.

 

Vurduğu 7 qolla komandasının bombardiri olan Əsgərov ötən tur olduğu kimi, bu dəfə də rəqib qapısına yol tapa bilməyib. Hansı ki, onun komandası ilk xal itkisi ilə də məhz ötən tur qarşılaşmışdı.

 

“Dauqavpils” 7 turdan sonra 16 xalla ikinci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti