Ronaldo "Real"dan pula görə ayrılır

17:45 3 İyun 2018

Madrid "Real"ında Kriştiano Ronaldo tapmacası davam edir.  Çempionlar Liqasının finalında "Liverpul"a qalib gəldikləri oyundan sonra portuqaliyalı ulduz ayrılıq siqnalları vermişdi. 

 

Sportarena.az xəbər verir ki, "Marca" qəzeti maraqlı iddia ortaya atıb. Məlumata görə, Ronaldo ÇL-in finalından bir həftə öncə komanda yoldaşlarına klubdan ayrılacağını bildirib. Ronaldo "kral klubu"nda daha çox maaş qazanmaqla "Barselona"da çıxış edən Lionel Messi ilə eyni əmək haqqı almaq istəyir (45 milyon avro).

 

Ötən həftə Fransa mətbuatı PSJ-nin illik 45 milyon avroluq maaşı ödəməyə hazır olduğu haqda dedi-qodular yayılmışdı. 33 yaşlı hücumçunun keçmiş komandası "Mançester Yunayted"ə də geri dönəcəyi ehtimallar arasındadır.


Xəbər xətti