Azərbaycanlı futbolçu Dünya çempionatına gedir

Sportarena.az      3 İyun 2018, 18:22

Rusiya milli komandasının dünya çempionatında iştirak edəcək yekun heyəti açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, baş məşqçi Stanislav Çerçesov 23 nəfərlik yekun heyətə “Spartak”ın Azərbaycan əsilli yarımmüdafiəçisi Aleksandr Səmədovu da daxil edib.

 

Qapıçılar: İqor Akinfeyev (MOİK), Vladimir Qabulov (“Brügge”, Belçika), Andrey Lunyev (“Zenit”).

Müdafiəçilər: Sergey İqnaşeviç, Mario Fernandes (hər ikisi MOİK),  Vladimir Qranat, Fyodor Kudryaşov (hər ikisi “Rubin”), Andrey Semyonov (“Axmat”), İqor Smolnikov (“Zenit”), İlya Kutepov (“Spartak”).

Yarımmüdafiəçilər: Aleksandr Yeryoxin, Yuri Jirkov, Daler Kuzyaev (hamısı “Zenit”), Aleksandr Qolovin, Alan Zaqoev (hər ikisi MOİK), Roman Zobnin, Aleksandr Səmədov (“Spartak”), Yuri Qazinski (“Krasnodar”), Anton Mirançuk (“Lokomotiv”), Denis Çerışev (“Vilyarreal”, İspaniya).

Hücumçular: Artyom Dzyuba (“Arsenal”), Aleksey Mirançuk (“Lokomotiv”), Fyodor Smolov (“Krasnodar”).

 

Qeyd edək ki, Rusiya millisi ev sahibliyi etdiyi mundialda Uruqvay, Misir və Səudiyyə Ərəbistanı ilə A qrupunda yer alıb.

 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin