Şumuditsa "Neftçi" yolunda

13:40 4 İyun 2018

Marius Şumuditsanın "Neftçi"nin sükanı arxasına keçməsi üçün heç bir maneə qalmayıb.

 

Sportarena.az xəbər verir ki, ÇFR klubundan cavab gözləyən mütəxəssis buna görə "ağ-qaralar"la bağlı qərar verməyə tələsmirdi. Ancaq Kluj təmsilçisinə təyinatı alınmayan təcrübəli məşqçinin karyerasını ölkəmizdə davam etdirməyə çox yaxın olduğu bildirilir.

 

Qeyd edək ki, ötən həftə rumıniyalı çalışdırıcının "Neftçi" rəhbərliyi ilə görüşəcəyi gözlənilirdi. Paytaxt klubunun Şumuditsaya köməkçiləri ilə birlikdə illik 450 min avro təklif etdiyi iddia olunur.


Xəbər xətti