Kamran Quliyev Kampası "Neftçi"dən göndərə bilmədi

16:29 4 İyun 2018

"Neftçi"nin yeni rəhbərliyinin Mayk Kampazı göndərmək cəhdləri uğursuzluqla nəticələnib.

 

Sportarena.az xəbər verir ki, Kamran Quliyevin müqaviləsini ləğv etməyə çalışdığı kolumbiyalı futbolçu "Neftçi"dən getməyə razılıq verməyib. Bu barədə Sportlife.az məlumat yayıb.

 

Bildirilir ki, klub prezidenti yarımmüdafiəçiyə 3 aylıq maaşını birbaşa ödəmək təklif edərək müqavilənin ləğv edilməsinə imza atmasını təklif edib. Kampaz isə Quliyevin bu təklifinə rədd cavabı verib. O, müqaviləsi bitənədək Azərbaycanda qalacağını klub prezidentinin diqqətinə çatdırıb və ölkəsinə istirahətə yollanıb. 


Digər xəbərlər

Xəbər xətti