Misirin heyəti açıqlandı - Salah Dünya çempionatına gedir?

18:44 4 İyun 2018

Misir millisinin DÇ-2018 üçün heyəti açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, Afrika təmsilçisinin baç məşqçisi Ektor Kuper Rusiyaya aşağıdakı “23”-lüyü aparacaq:

 

Qapıçılar: Essam Əl-Hadari ("Əl-Taavun", Səudiyyə Ərəbistanı), Məhəmməd Əl-Şennavi ("Əl-Əhli"), Şerif Ekrami ("Əl-Əhli");

Müdafiəçilər: Əhməd Fathi, Saad Samir, Ayman Əşrəf (hamısı "Əl-Əhli"), Mahmud Həmdi ("Zəmələk"), Məhəmməd Abdelşafi ("Əl-Fateh", Səudiyyə Ərəbistanı), Əhməd Heqazi, Əli Qabr (hər ikisi "Vest Bromviç", İngiltərə), Əhməd Əlməhəmmədi ("Aston Villa", İngiltərə), Ömər Qaber ("Los-Anceles", ABŞ);

Yarımmüdafiəçilər: Tarek Hamed ("Zəmələk"), Şikabala ("Əl-Riyad", Səudiyyə Ərəbistanı), Sem Morsi ("Viqan", İngiltərə), Məhəmməd Elneni ("Arsenal", İngiltərə), Mahmud Kahraba ("İttihad", Səudiyyə Ərəbistanı), Ramazan Subhi ("Stok Siti", İngiltərə), Mahmud Hasan Trezeqe ("Kasımpaşa", Türkiyə), Əmr Varda ("Atromitos", Yunanıstan), Abdalla Əl-Səid (KuPS, Finlandiya);

Hücumçular: Marvan Mohsen ("Əl-Əhli"), Məhəmməd Salah ("Liverpul", İngiltərə)

 

Misir yığması DÇ-2018-də Rusiya, Səudiyyə Ərəbistanı və Uruqvay yığmaları ilə bir qrupda mübarizə aparacaq.


Xəbər xətti