"Mançester Yunayted" Braziliya millisinin üzvünü transfer etdi

16:41 5 İyun 2018

İngiltərənin “Mançester Yunayted” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportarena.az xəbər verir ki, “qırmızı şeytanlar” Ukrayna “Şaxtyor”unun yarımmüdafiəçisi Fredin keçidini həll edib. Bu barədə məlumatı Britaniya mətbuatı yayıb. 25 yaşlı futbolçu artıq Mançesterdə tibbi baxışdan da keçib.

 

Xəbərdə “Mançester Yunayted”in braziliyalı yarımmüdafiəçinin keçidi üçün Donetsk təmsilçisinə 52 milyon funt-sterlinq ödəyəcəyi qeyd edilib.

 

Xatırladaq ki, Braziliya millisinin də üzvü olan Fred, 2013-cü ildən “Şaxtyor”un uğurları üçün çalışırdı.


Digər xəbərlər

Xəbər xətti