"Keşlə"nin hazırlıq planı məlum oldu

17:19 5 İyun 2018

Geri qaldığımız mövsümü Azərbaycan kubokunda qalib olmaqla başa vuran "Keşlə" artıq yeni mövsümün planlarını cızmağa başlayıb.

 

Klubun mətbuat xidmətindən Sportarena.az-a verilən məlumata görə, klub rəhbərliyi hazırda müqaviləsi çatan futbolçularla danışıqlar aparılır. Komanda isə iyunun 15-də toplaşacaq. Paytaxt klubu 5 gün sonra Türkiyəyə təlim-məşq toplanışına yola düşəcək. Qardaş ölkədəki hazırlığın müddəti isə iyunun 19-da keçiriləcək Avropa Liqasının püşkatma mərasiminin nəticələrindən asılı olacaq. Böyük ehtimalla, hazırlıq 4-5 iyul tarixlərinə kimi davam edəcək.

 

Qeyd edək ki, geridə qoyduğumuz günlər ərzində "Keşlə"  "Sumqayıt"ın futbolçusu Azər Salahlını transfer edib, Slavik Alxasovla 2, Fuad Bayramovla 1 illik yeni müqavilə imzalayıb.


Digər xəbərlər

Xəbər xətti