UEFA Buffonun cəzasını açıqladı

18:23 5 İyun 2018

UEFA "Yuventus"un qapıçısı Canluici Buffonu cəzalandırıb.

 

Sportarena.az xəbər verir ki, Çempionlar Liqasının 1/4 final mərhələsinin "Real"la cavab oyununda (3:1) qırmızı vərəqə görən və baş hakim Maykl Oliveri təhqir edən qolkiper 3 oyunluq cəza alıb.

 

Qeyd edək ki, M. Oliver Madriddəki oyunda 3:0 hesabı ilə öndə olan "Yuventus"un qapısına penalti təyin etmişdi. Hakimə sərt şəkildə etirazını bildirən Buffon qırmızı vərəqə ilə meydandan qovulmuşdu. Təcrübəli qapıçı oyundan sonra verdiyi açıqlamada referini təhqir etmişdi.


Digər xəbərlər

Xəbər xətti