Qurban Qurbanov: "Bu oyun çox şey verdi mənə"

21:01 5 İyun 2018

Bu gün Astanada Qazaxıstan millisi ilə beynəlxalq yoldaşlıq oyunu keçirən (0:3) Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov AFFA-nın saytına açıqlama verib:
 
Sportarena.az xəbər verir ki, mütəxəssis məğlubiyyəti belə şərh edib:
 
“İlk növbədə rəqibi həm yaxşı oyun, həm də qələbə münasibətilə təbrik edirəm. Bizə gəldikdə, danışılası çox şey yoxdur. Düşünürəm ki, komanda ilə çox danışacağıq. Bu oyun çox şey verdi mənə, çox məqamları gördüm bu qarşılaşmada. Demək olar ki, oyunun ilk 20 dəqiqəsində məğlub olduq. Qalan vaxtlarda isə, təbii ki, rəqib daha inamlı idi, hücumları qurmaqda bizim üçün çətinlik yaradırdılar. Nəyin üzərində daha çox işləməli və nəyə daha çox diqqət ayırmalı olduğumuzu görməyim baxımından mənim üçün çox vacib görüş oldu”.


Xəbər xətti