Maksim Medvedev: "Gənc komandayıq, təcrübə yığırıq" - MÜSAHİBƏ

12:15 6 İyun 2018

Millimizin futbolçusu Maksim Medvedyev Qazaxıstan yığmasına 0:3 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra sports.kz-yə müsahibə verib.

 

Sportarena.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib.

 

- Yaxşı ki, bu matç oldu. Yüksək sürətli oyun göstərən yaxşı rəqiblə qarşılaşdıq. Biz gənc komandayıq, təcrübə yığırıq. Gələcəkdə belə səviyyəli rəqiblə qarşılaşdıqda necə oynamalı olduğumuzu biləcəyik.

 

- Qazaxıstan yığmasının oyununda hansı üslubu qeyd edərdiniz?

- Oyunun sürətini, bəzi oyunçuların  fiziki göstəricilərini nəzərə almaq lazımdır. Millətlər Liqasında müxtəlif güclü üsluba və güclü keyfiyyətə malik çoxlu müxtəlif komanda var. Qazaxıstanın oyununda onlara qarşı üzərində işləməli olduğumuz komponentlər var. Əks-hücumlar üzərində işləmək lazımdır.

 

- Bəs fərdi olaraq kimi fərqləndirərdiniz?

- Müdafiə xətti, xüsusən, komandanın kapitanı Dmitri Şomko çox yaxşı oynadı. Mən artıq ona qarşı çıxış etmişəm. Həmin vaxt  biz yığma ilə Antalyada təlim-məşq toplanışında idik. Mən sağ cinah müdafiəçisi mövqeyində yer aldığımdan, məhz bu futbolçu ilə mübarizə aparmalı olurdum. O, hücumlara çox yaxşı qoşulurdu. Bundan başqa İslambek Kuat hücum xətti ilə müdafiə arasında əlaqə yaradırdı. Fərdi olaraq, öz bacarıqlarını göstərən Roman Murtazayev güclüdür. Aleksey Şetkin öz fiziki göstəriciləri ilə seçildi. Əlbəttə, Bauırjan İslamxan çox fəal, yaradıcı planda faydalı idi.

 

- Nəyə görə 2 dəqiqəyə 2 qol buraxdınız və həmin epizodlarda hansı səhvlərə yol verdiniz?

- Komandanızın ilk 20 dəqiqə ərzində fəal olacağını gözləyirdim. Lakin biz bütün qolları öz səhvlərimizdən sonra buraxdıq. Öz cərimə meydançamız ətrafında künc zərbələri və qayda pozuntularından yayınmaq lazım idi. Heyətimizdə çoxlu gənc oyunçu var idi. Onların gözləri yanır, sürüşmə fəndlərində yerdə qalır, mövqelərini itirirdilər. Biz bu nəticədən çox da məyus deyilik. Öz səhvlərin üzərində öyrənmək lazımdır.

 

- Qazaxıstan azarkeşləri bu qələbədən çox ruhlandılar. Komandınız optimaldan uzaqdır?

- Nəzərə almaq lazımdır ki, biz süni örtükdə oynadıq. Sanki ilk dəfə idi ki, suni örtükdə oynayırdıq. Öz oyunumuzu sərgiləyə bilmədik. Heyətdə eksperiment etdik. Baş məşqçimiz gənclərə daha çox şans verdi. Axı qarşıdan Millətlər Liqası gəlir. Üstəlik, Qurban Qurbanov yığmaya yenicə rəhbərlik etməyə başlayıb. Bu səbəbdən, rotasiya etməyə, heyəti öyrənməyə, müxtəlif məzmunlu oyunları sınaqdan çıxarmağa məcburdur.

 

- Sizcə, Qazaxıstan yığmasının hansı perspektivləri var?

- Macarıstanla oyununuza baxmışdıq. Komandanız çox xoş təsir bağışlamışdı. Yığmanızla rəsmi matçlarda 2011-ci ildə üz-üzə gəlmişdik. O vaxtdan komandanız çox dəyişib, inkişaf edir, daha aqressiv çıxış edir.

 

- Qazaxıstanı daha əvvəl üz-üzə gəldiyiniz Qırğızıstanla müqayisə edə bilərsiniz?

- Fərq hiss olunur. Qazaxıstan Avropa futbolu oynayır. "Astana"nın avrokuboklardakı uğurlarından xəbərdarıq. Qırğızıstan isə başqa cür - Asiya futbolu nümayiş etdirir. Fikrimcə, Avropa oyun üslubu daha güclüdür.


Digər xəbərlər

Xəbər xətti