Şəhriyar Məmmədyarov Karlsenin iddiasına cavab verdi

Sportarena.az      6 İyun 2018, 14:31

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin rusiyalı Sergey Karyakin və azərbaycanlı Şəhriyar Məmmədyarov arasında danışılmış görüşlərin baş tutduğu barədə iddiasını təqdim etmişdik. 

 

Sportarena.az xəbər verir ki, sözügedən şahmatçılar norveçlinin bu iddiasına cavab veriblər. Karyakin ittihamları rədd edərək deyib ki, Məmmədyarovla dostluq münasibətlərinə baxmayaraq, heç bir danışılmış oyundan söhbət gedə bilməz:

 

 

“Əlbəttə, biz razılaşmamışıq. Biz dostuq, amma bu yarışda hamı qələbə qazanmağa çalışır. Heç-heçə bizim heç birimizə sərf etmirdi. Hərdən mənə də elə gəlir ki, bəzi oyunlar danışılmış olur”.

 

Norveç mətbuatına açıqlama verən Şəhriyar isə bunları deyib:

 

“Bəzən elə hallar olur ki, oyunlar əvvəlcədən razılaşdırılır. Ancaq bu, hər turnirdə olmur. Sadəcə, bəzən özünü yaxşı hiss etməyəndə, ya xəstə olanda, üstəlik, rəqibin də ağ fiqurlarla oynayırsa, belə hal yaşanır. Amma təbii ki, həm idman, həm də tamaşaçılar baxımından rəqabətin olması daha yaxşıdı. Şahmat oynamağa çalışmaq, nəticə göstərmək ən yaxşısıdı. Qaydalar da partiyaların əvvəlcədən razılaşdırılmasını aşkar şəkildə qadağan edir”.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin