İsrail - Argentina oyunu ləğv olundu - Messi hədələndiyinə görə

16:15 6 İyun 2018

Argentina milli komandasının İsrail yığması ilə yoldaşlıq görüşü keçirməkdən imtina edib.

 

Sportarena.az xəbər verir ki, yığmanın kapitanı Lionel Messi ölüm təhdidləri aldığı üçün bu qərar verilib. Bununla bağlı İsrailin Argentinadakı səfirliyinin yaydığı bəyanatda bildirilib.

 

Daha əvvəl Fələstin Futbol Federasiyasının prezidenti Cibril Racub müsəlman azarkeşləri, İsraillə oyunda meydana çıxacağı halda, Lionel Messinin fotoları və futbolkalarını yandırmağa çağırıb.

 

Bütün bu etirazları və təhlükəsizlik amilini nəzərə alaraq, Argentina İsrailə getməkdən imtina edib.

 

İsrail - Argentina matçı iyunun 9-na planlaşdırılmışdı.

 


Xəbər xətti