İspaniya klubu Dani Kintanadan imtina etdi

11:25 7 İyun 2018

“Qarabağ”ın yarımmüdafiəçisi Dani Kintana “Lap Palmas”a keçməyəcək.

 

Sportarena.az xəbər verir ki, ispan oyunçu klubun sabiq idman direktoru Toni Kruzun maraq dairəsində idi və futbolçu ilə danışıqlar aparırdı. Ancaq idman direktoru vəzifəsinə Toni Oteronun gətirilməsindən sonra onunla müqavilə imzalamaqdan imtina edilib. Oteronun “Las Palmas”ın heyətində gəncləşdirmə siyasəti aparmaq fikrində olduğu bildirilib.

 

Qeyd edək ki,  D. Kintananın "Qarabağ"la müqaviləsi bu ayın sonu başa çatır.


Digər xəbərlər

Xəbər xətti