İkaunyeks: "Azərbaycan yığması yüksək keyfiyyətli heyətə malikdi"

13:21 7 İyun 2018

Latviya millisinin futbolçusu Yanis İkaunyeks yığmamızla yoxlama oyunu öncəsi ölkəsinin mətbuatına açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, o bunları deyib:

 

“Litva və Estoniya ilə oyunlarla müqayisədə Azərbaycanla matç daha ciddi olacaq. Azərbaycan yığması yüksək keyfiyyətli heyətə malikdi. Onlar fəal və hərəkətli kollektivdi".

 

O, Azərbaycanla matçda iştirak etmək istədiyini vurğulayıb:

 

"Son iki oyunda da 90 dəqiqə meydanda olmuşam. Ümid edirəm ki, baş məşqçi mənə Azərbaycana qarşı oynamaq şansı da verər”.

 

Qeyd edək ki. Latviya - Azərbaycan matçı iyunun 9-da keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti