Mosvkada "Xəzər Lənkəran" klubu yaradıldı - FOTOLAR

13:35 7 İyun 2018

Moskvada yeni futbol klubu yaradılıb.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlıların təsis etdiyi klub “Xəzər Lənkəran Moskva” adlanır. “Xəzər Lənkəran” sevgisindən yaranan klub yeni mövsümdən Moskvanın 3-cü divizionunda yarışacaq. "Xəzər Lənkəran Moskva”nın yaradıcılarının hədəfləri böyükdür. Onlar komandanın gələcəkdə iddialı olmasını hədəfləyirlər. Klubun yaranma səbəbi həm də ölkə xaricində Lənkəran adını tanıtmaqdır.

 

“Xəzər Lənkəran Moskva”nın forması ağ-yaşıldır. Klubun loqosunda “Xəzər Lənkəran”la müqayisədə cüzi dəyişiklik edilib.

 

Qeyd edək ki, komanda artıq məşqlərə start verib. Hazırkı məşqlər daha çox seleksiya xarakteri daşıyır. (Futbolxeber.az)


Xəbər xətti