"Real"ın baş məşqçi postuna daha bir namizəd

14:12 7 İyun 2018

“Real” baş məşqçi axtarışlarını davam etdirir.

 

Sportarena.az xəbər verir ki, Zinəddin Zidanın gözlənilməz istefasından sonra məşqçi axtarışlarına başlayan “kral klubu”nun siyahısına daha bir məşqçinin adı əlavə edilib. "As" nəşrinin yaydığı məlumata görə, Madrid təmsilçisi sabiq kapitanı Fernando Yerronun da namizədliyini nəzərdən keçirir.

 

Xatırladaq ki, Yerro 1989-2003-cü illər aralığında futbolçu kimi “Real”ın uğurları üçün çalışıb. Keçmiş müdafiəçi artıq bir dəfə “kral klubu”nda məşqçi kimi işləyib. 50 yaşlı mütəxəssis 2014-2015-ci illərdə Madrid təmsilçisinin “sükanı arxasında” olmuş Karlo Ançelottinin məşqçilər korpusunda yer almışdı.

 

Yerronun baş məşqçi kimi ilk və son klubu isə “Ovyedo” olub (2016/17).


Xəbər xətti