"Sabah"ın ev oyunlarını keçirəcəyi stadionun adı məlum oldu - RƏSMİ

15:17 7 İyun 2018

Yeni mövsümdən Topaz Premyer Liqasında iştirak edəcəyiv dəqiqləşən "Sabah"ın ev oyunlarını keçirəcəyi məkan məlum olub.

 

Klubun mətbuat xidmətindən Sportarena.az-a verilən məlumata görə, debütant ev oyunlarını Masazır qəsəbəsində yerləşən "Əlincə Arena"nın təbii örtüklü əsas meydançasında keçiriləcək. Stadionun məxsus olduğu "Əlincə" klubu ilə artıq bir illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, 2014-cü ildə istifadəyə verilən "Əlincə Arena"nın tutumu 13 min nəfərdi.


Digər xəbərlər

Xəbər xətti