Ronaldo "Real"da qalmayacaq

15:40 7 İyun 2018

"Real"ın futbolçusu Kriştiano Ronaldo Madrid klubundan ayrılmağa qərar verib.

 

Sportarena.az xəbər verir ki, onun qərarının qəti olduğu idda olunur. Bildirilib ki, klub prezidenti Florentino Peres portuqaliyalı hücumçunun meneceri Jorje Mendeşə onun maaşla bağlı tələbini yerinə yetirə bilməyəcəyini çatdırıb. Peresin onu aldatdığını hesab edən Ronaldo klubdan ayrılmaq qərarına gəlib. Çünki bundan əvvəl "Real" 33 yaşlı oyunçu ilə müqavilənin yaxşılaşdırılması ilə bağlı razılığa gəlmişdi.

 

Qeyd edək ki, Ronaldonun ilinə 80 milyon avro olmaqla 3 illik yeni müqavilənin bağlanmasını istədiyi iddia olunurdu. O, hazırda Madrid klubunda ilinə 21 milyon avro qazanır.


Digər xəbərlər

Xəbər xətti