Bordin "Neftçi" üçün Bakıya gəlib? - VİDEO

10:31 8 İyun 2018

“Neftçi”nin sosial şəbəkə hesabında maraqlı video yayımlanıb.

 

Sportarena.az xəbər verir ki, “O, gəldi” sözləri ilə təqdim olunan videoda söhbətin kimdən getdiyi açıqlanmır. Amma bunun “ağ-qaralar”ın yeni baş məşqçisinə işarə olduğu artıq heç kimdə şübhə doğurmur. Dünən “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev saytımıza açıqlamasında  Roberto Bordinlə danışıqlar apardığını bildirmişdi. Böyük ehtimalla videoda üzü gizlədilən qonaq məhz komandaya yeni baş məşqçi təyin olunacağı gözlənilən italiyalı mütəxəssisdi.

 

Qeyd edək ki, Bordin bu gün klub rəhbərliyi ilə görüşəcək və son detalları müzakirə edəcək. Tərəflərin rəsmi müqaviləyə imza atmasından sonra yeni baş məşqçinin təqdimat mərasimi təşkil olunacaq.

 


Xəbər xətti