DÇ-2018-ə sayılı günlər qalmış daha bir hakim qalmaqalı

13:15 8 İyun 2018

DÇ-2018-in oyunlarını idarə edəcək daha bir hakimlə bağlı qalmaqal yaşanıb.

 

Sportarena.az xəbər verir ki, keniyalı hakim Eyden Renc Marva mundialın oyunlarını idarə etməkdən imtina edib. O, bu qərarı 600 dollar rüşvət alması ilə bağlı video yayıldıqdan sonra verib.

 

Hakimin rüşvət aldığı epizod qanalı jurnalist Anas Aremeyau Anasın çəkdiyi sənədli filmdə yer alıb. Film Afrika futbolundakı korrupsiyadan bəhs edir.

 

Bu filmdən sonra Qana hakimiyyəti ölkənin futbol federasiyasını buraxıb.

 

Onu da qeyd edək ki, bu, rüşvətə görə hakimin DÇ-dən kənarda qalması ilə bağlı ikinci faktdı. Buna qədər Səudiyyə Ərəbistanından olan hakim Fəhad Əl-Mirdasi də rüşvət aldığı üçün DÇ-2018-dən uzaqlaşdırılmış və ömürlük cəzalandırılmışdı.


Digər xəbərlər

Xəbər xətti