Keynin müqaviləsi yeniləndi, maaşı 2 dəfə artırıldı

18:38 8 İyun 2018

Harri Keyn “Tottenhem”lə yeni müqavilə bağlayıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı İngiltərə mətbuatı yayıb. Xəbərdə 24 yaşlı hücumçunun klubla 6 illik müqavilə bağladığı qeyd edilib.

 

Yeni anlaşmada ingilis forvardın maaşı iki dəfə artırılıb. Belə ki, əvvəl “Tottenhem”də ilinə 7,5 milyon funt-sterlinq qazanan Keyn, bundan sonra ilinə 15 milyon funt-sterlinq alacaq. Bu da o deməkdi ki, Harri 2024-cü ilin yayına kimi nəzərdə tutulmuş yeni müqavilədə 90 milyon funt-sterlinq qazanacaq.

 

Keyn son mövsümdə şans qazandığı 44 oyunda 37 qol vurub, 5 qol ötürməsi edib.


Digər xəbərlər

Xəbər xətti