Almanlar ərəblərə şans vermədi

10:25 9 İyun 2018

Dünyanın yaşıl meydanlarında milli komandalar səviyyəsində növbəti yoldaşlıq görüşləri keçirilib.

 

Sportarena.az xəbər verir ki, dünya çempionatında iştirak edəcək komandalardan bəzisi elə bir-biri ilə qarşılaşıb.

 

Üç qolun qeydə alındığı Xorvatiya – Seneqal görüşündə birincilər sevinən tərəf olublar. İsveçrə - Yaponiya oyununda da Avropa təmsilçisi qələbə qazanıb.

 

Almaniya – Səudiyyə Ərəbistanı qarşılaşmasında da üç qol qeydə alınıb. Bundestim asiyalıları çətinliklə məğlub edib. İran Litvaya minimal hesabla qalib gəlib. Polşa isə dörd qolun qeydə alındığı Çili ilə qarşılaşmada heç-heçəyə razılaşıb.

 

Yoldaşlıq oyunları

8 iyun

Litva – İran 0:1

Xorvatiya – Seneqal 2:1

İsveçrə - Yaponiya 2:0

Almaniya – Səudiyyə Ərəbistanı 2:1

Polşa – Çili 2:2


Xəbər xətti