Təmkin Xəlilzadə: "Həm xalqımızı, həm də məşqçilərimizi sevindirmək üçün meydana çıxacağıq"

10:59 9 İyun 2018

Azərbaycan milli komandasının üzvləri Latviya yığması ilə sabah keçiriləcək yoldaşlıq oyunu barədə AFFA-nın saytına fikirlərini bildirib:
 
Sportrena.az Təmkin Xəlilzadə, Amil Yunanov və Mahir Mədətovun açıqlamaları ilə sizi tanış edir?
 
Təmkin Xəlilzadə: “Millətlər Liqasından öncə millinin son yoldaşlıq oyunudur. Öncəki oyunumuz yaxşı alınmadı, məğlub olduq. Buna baxmayaraq, səhvlərimizin üzərində işləmişik. Sabahkı qarşılaşmada həm xalqımızı, həm də məşqçilərimizi sevindirmək üçün meydana çıxacağıq”.
 
Amil Yunanov: “Sabah bizi çətin sınaq gözləyir. Millətlər Liqasından öncə son sınağımızdır. Yaxşı oyun nümayiş etdirib, qələbə qazanmaq istəyirik. Amma səhvlərdən nəticə çıxarmaq istəyirik. Baş məşqçimiz şans versə özümü yaxşı tərəfdən göstərməyə çalışacağam”.
 
Mahir Mədətov: “Rəqibin oyununu analiz etmişik. Bizi çətin oyun gözlədiyini bilirik. Səfərdə oynayırıq. Amma qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Çünki Millətlər Liqasından öncə son oyunumuzdur və qələbə bizə müsbət təsir edəcək”.


Digər xəbərlər

Xəbər xətti